Əsas məzmuna keç

Rusiya uşaqları təxribata cəlb etməyə görə ömürlük həbs cəzası tətbiq edə bilər

Bu xarakterli cinayətlərə görə iddia müddətinin ləğv edilməsi də təklif olunur

Dövlət Dumasının deputatları azyaşlıları təxribat fəaliyyətinə cəlb etməyə görə ömürlük həbs cəzasını nəzərdə tutan qanun layihəsi hazırlayıblar.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə parlament palatasının sədr müavini İrina Yarovaya məlumat verib.

“Biz təxribat qruplarının təşkilatçıları üçün sadəcə olaraq azyaşlıların bu təhlükəli cinayət əməlinə cəlb edilməsi faktına görə ömürlük həbs cəzası təyin edirik”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, Volodinin başçılıq etdiyi Dövlət Dumasının deputatları bu gün təxribatla mübarizə haqqında qanun layihəsi təqdim edəcəklər. Dövlət Duması həmçinin təxribatla bağlı cinayətlərə görə məhdudiyyət müddətinin ləğvini təklif edir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…