Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2026 / 12:55

Rusiyada niyə Ermənistan meyvə-tərəvəzindən «qurd» çıxdı?-ARAŞDIRMA

Rusiya Gürcüstanın, Moldovanın, Ukraynanın… ərazilərini işğal edib ələ keçirməkdə israrlıdır, o biri tərəfdə-arxada isə Rusyanın özü boşalır- şəhərlər və kənd, qəsəbələr «işğal olunur»! Hər iki halda işğalçı yenə də Rusiyadır!

«Təzadlar» ötən buraxılışlarının birində qeyd etmişdi ki, Rusiyanın münaqişədə olduğu respublikalarla münasibətləri birbaşa həm də istehlak bazarlarına çökür… Və onu da qeyd etmişdik ki, 2026-cı ilin mayın 28-də «Rospotrebnadzor» Ermənistandan ölkəyə ixrac edilən gül-çiçək, konyak və mineral sulardan sonra meyvə və tərəvəzlərin də idxalına icazə vermədi. Rusiya mediasının «Niyə?» sualına isə «Rospotrebnadzor»un konkret cavabı belə olub: «İndi bu məhsullar qadağandır!».

Bəs niyə birdən-birə Ermənistanın bu məhsullarının içindən «qurd» çıxdı???

Tezadlar.az Rusiya mediasına(E1.ru) istinadla məsələyə aydınlıq gətirməyə çalışıb. Beləliklə, məlum olur ki, Ermənistanın əsas kənd təsərrüfatı məhsulları istehsalçısı kimi uzun zamanlar istehsal gücü bir qədər şişirdilmişdir. Hətta ixrac etdiyindən daha çox meyvə və tərəvəz idxal edirmiş. Bu isə alıb-satmaya bərabər bir ticari fəaliyyətdir.

Budur, Ermənistanda meyvə və tərəvəz məhsulları barədə idxal və istehsalı məlumatları( mənbə:  armstat.am).

Ermənistanın gömrük statistikasına görə, ölkə  kartof, soğan, kələm, yerkökü, şalğam, çuğundur, xiyar, noxud və lobya, qoz-fındıq, xurma, portağaldan tutmuş mandarin, çiyələk və moruqlara qədər bütün sitrus meyvələri və əlbəttə ki, kənardan banan almalıdır. Bütün bunlar ixrac edildiyindən daha çox miqdarda idxal olunur.

Eləcə də, Rusiya mətbuatı yazır ki, Ermənistanın ixrac və idxal rəqəmlərindəki bir çox məsələlər göründüyü kimi deyil. Meyvə və tərəvəz də həmçinin. Misal üçün, Ermənistan Respublikasının gömrük statistikası üzrə rəsmi hökumət veb saytında 2024-cü il üçün iki təxmin sadalanır. Birində 72.000 ton və 132 milyon dollar, digərində isə 152.000 ton və 199.7 milyon dollar göstərilir. Məsələn, 16.448 ton kartof ixrac edilib, ikincisində isə 1.394 ton göstərilir.

Birinci siyahıda alma 17.371 ton, ikincisində isə 4.275 ton qeyd olunur. Ərik, şaftalı, albalı, gavalı və digər meyvələrə aid olan “dənəli meyvələr” sətri birinci halda 52.572 ton, ikincisində isə cəmi 11.329 ton göstərilir və s.

Lakin dəqiq rəqəmlər o qədər də vacib deyil. Əsas məsələ yanaşmadır. Hər dəfə Ermənistan-Rusiya ticarəti ilə bağlı bu cür açıqlama eşidəndə, çox güman ki, vəziyyət göründüyü kimi olmur. Baxın, bu da Ermənistanın meyvə və tərəvəz ixracatı: Mənbə: “Money Bro” https://max.ru/bro_dengi

Reallığın bu versiyasında ərik ən böyük ixrac məhsulu kimi görünür. Ermənistan vaxtilə ənənəvi olaraq Rusiya üçün ərik tədarükçülərinin ilk beşliyində yer alırdı və onluqdakı digər iddiaçılar arasındakı fərq çox böyük idi. Məsələn, 2024-cü ildə Özbəkistandan 10 dəfə, Türkiyədən isə yeddi dəfə böyük olub.

Rusiyayanın ən böyük ərik tədarükçüləri Mənbə: Fontanka.ru

Ermənistanın 2025-ci il üçün isə əriklə bağlı xüsusi məlumatları yoxdur, amma görünür ki, Azərbaycan 2020-ci ildən başlayaraq ilk dəfə olaraq Rusiyaya ərik ixracında Yerevanı yeddiqat üstünlüklə geridə qoyub.

Tərəvəzlər

İkinci statistik xülasədə pomidor ən böyük həcm təşkil edir. Lakin Rostovdan şimalda yerləşən böyük şəhərlərin sakinlərindən erməni pomidorlarının dadının necə olduğunu soruşsanız, çoxları sadəcə lal qalacaq. Məsələn, Sankt-Peterburqa yalnız minimal miqdar çatır. Üç şəhər bazarındakı tacirlər «Fontan»ka müxbirinə erməni pomidorlarının olduqca nadir hallarda olduğunu və yalnız məhsul çeşidini genişləndirmək üçün aldıqlarını bildiriblər.

Rusiyalılara Azərbaycan pomidoru!

Rəsmi statistikaya görə, isə 2025-ci ildə Azərbaycan pomidorlarının orta illik gömrük qiyməti Rusiyada hər kq üçün 1,09 dollar, türk pomidorlarının 0,92 dollar, özbək pomidorlarının 0,99 dollar və erməni pomidorlarının 1,94 dollar olub. Bu şərtlər nəzərə alınmaqla, onlar sırf yerli məhsul olaraq qalır. Erməni pomidoru isə indiki münasibətlər fonunda Moskva və Sankt-Peterburqa çata bilməyəcək, amma ola bilsin bir az daha uzaqda və yalnız qohumlarından birbaşa çatdırılma ilə erməni restoranında mövcud olacaq.

Qeyd edək ki, Rusiya üçün Qazaxıstan, Özbəkistan, Çin və Türkiyə ən böyük pomidor tədarükçülərinin reytinqində Ermənistandan öndədir. Bu arada, bazar lideri olan Azərbaycan Rusiyaya 10 dəfə çox pomidor idxal edir – 17.000 tona qarşı 166.000 ton!

Xiyarla bağlı vəziyyət daha acınacaqlıdır. Ermənistan xiyarı hələki Rusiya bazarında  mövcuddur, amma, məsələn, 2025-ci ildə xiyarın  tədarükü 5 dəfə azalıb. Bu, cəmi 1100 ton deməkdir – il ərzində cəmi 55 yük maşını.

***

Portal sonda yazır: «Ermənistanın tərəvəz tədarükündə üz ağardan yalnız bolqar bibəri və badımcandır. 21.000 ton, keçən ilə nisbətən 18% artım. Erməni fermerlərinin qanını qaraltmamaq üçün onların Rusiyaya ixracının payını açıqlamayacağıq, sadəcə, çox istərdik ki, mövzunu müsbət notla başa vuraq, amma…».

Beləliklə, Ermənistanla Rusiya arasındakı son bəlli siyasi soyuqluq artıq siyasətçilərdən adlayıb fermerlərə çatıb. Belə halların Azərbaycanın da başına gəldiyini bilirik. Yəni, oxşar mənzərədir! İndiki halda sual yaranır: siyasi intriqaların bu «son məhsulu» fermerlərə və sahibkarlara, yoxsa Rusiyanın istehlak bazarlarına daha çox ziyan vurur???

Sual budur, cavabı isə hələki yoxdur… Xüsusən də Rusiyanın ucqarlardlakı münbit torpaqlı ərazilərindəki şəhər və kəndlərin sahibsiz qalması-getdikcə boşalması fonunda… Böyük ərazilərdə şəhər var, qəsəbə və kəndlər var, amma insan yoxdur! Başı qonşularla mənasız və işğal niyyətli müharibəyə qarışmış ölkə rəhbərliyinin bunları nəzərə alması lazımdır. Baxın, bir tərəfdən Rusiya rəhbərliyi Gürcüstanın, Moldovanın, Ukraynanın… ərazilərini ələ keçirməkdə israrlıdır, o biri tərəfdə və arxada isə Rusya özü «işğal olunur»-boşalır! Hər iki halda işğalçı yenə də Rusiyadır!

Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!