Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın Zemo-Lars sərhəd-keçid məntəqəsində Şimali Osetiyadan gələn təxminən 2 500 ağır yük avtomobili növbə gözləyir, bunlardan 2 200 avtomobil elektron sıraya qeydiyyatdan keçib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı “Kommersant” nəşri Şimali Osetiya hökumətinin mətbuat xidmətinə istinadən yayıb. Qeyd olunub ki, son bir həftə ərzində hər iki istiqamətdə sərhədi 17 000 avtomobil və 35 000-dən çox insan keçib. Hər gün Şimali Osetiyaya 500-600, Gürcüstana isə 300-350 yük avtomobili daxil olur. Məlumata əsasən, turist mövsümü ilə əlaqədar zolaqların əksəriyyəti şəxsi avtomobillər üçün ayrılıb. Qeyd edilib ki, cari ilin yanvar ayında Zemo-Larsda 2 000-dən çox, iyulda 2 500, noyabrda isə 980 avtomobil sırada dayanıb.