Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşərək Ukrayna üçün üç əsas məsələni müzakirə edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Sibiqa bu barədə öz “X” hesabında məlumat verib.
Sibiqanın sözlərinə görə, müzakirənin ilk mövzusu sülh səyləri, ABŞ və Aİ-nin iştirakı ilə onları sürətləndirməyin yolları olub.
İkinci mövzu Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, xüsusən də 20-ci sanksiya paketinin qəbul edilməsi olub.
“Xüsusilə, güclü 20-ci paketin sürətlə qəbul edilməsi, Rusiyanın kölgə donanması üçün dəniz nəqliyyatına qadağa və Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirak edənlərin girişinə qadağa qoyulması mövzularını da müzakirə etdik”, – Sibiqa yazıb.
Müzakirə olunan bir digər məsələ isə həm Ukrayna, həm də bütün Avropa üçün əsas təhlükəsizlik qarantiyası kimi Ukraynanın Aİ üzvlüyü ilə bağlı olub.
Nazir vurğulayıb ki, Kiyev bütün zəruri işləri mümkün qədər tez başa çatdırmağa hazırdır.