Əsas məzmuna keç

Ruslar qırmızı kürü bolluğu yaşayır – 35% artım var

Ruslar yerli istehsal olan kürü və balıqla təmin olunacaqlar.

Tezadlar.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Federal Balıqçılıq Agentliyinin rəhbəri İlya Şestakovun sözlərinə görə, qızılbalığın ov mövsümündən sonra 2025-ci ilin sonuna qədər qırmızı kürü istehsalı ötən ilki göstəriciləri 35% üstələyəcək.

“Qızılbalığın ov mövsümü olduqca yaxşı keçdi. Keçən ildən daha yaxşı. Və biz  335.000 ton balıq tutduq. Kamçatka diyarı bizim aparıcı balıq ovu bölgəmizdir. Kürü istehsalı təxminən 35% artacaq”, – deyə İlya Şestakov bildirib.

O, Rusiyanın daxili bazarının 2026-cı ilin Yeni ilinə qədər yerli istehsal olan qırmızı balıq və kürü ilə təmin olunacağına əmin edib.

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…