22 Dekabr 2025 / 13:28

Rustavi həbsxanası yaxınlığında Saakaşviliyə dəstək aksiyası keçirilib

Rustavi həbsxanasının yaxınlığında Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin dəstəkçiləri aksiya keçiriblər. Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, aksiyada Saakaşvilinin ailə üzvləri, dostları və tərəfdarları iştirak ediblər. İştirakçılar Saakaşvilini dəstəkləyən bannerlər açıb, rəmzi olaraq qızılgüllər, həmçinin Gürcüstan və Ukrayna bayraqları gətiriblər. Aksiya Mixeil Saakaşvilinin 58 illik yubileyi münasibətilə təşkil olunub. İştirakçılar hazırda həbsdə olan sabiq prezidentə bu formada dəstək nümayiş etdiriblər. Saakaşvilinin anası Giuli Alasaniya bildirib ki, onun həbsinin uzun çəkməyəcəyinə ümid edir. O qeyd edib ki, oğlunun fəaliyyəti gürcü xalqının sevgisi və inamı ilə bağlı olub və bu vəziyyətin uzun müddət davam etməyəcəyinə inanır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!