Əsas məzmuna keç

SƏBAİLDƏKİ “QURMAN” RESTORANINDA ÖLÜM HADİSƏSİ

 

İyulun 3-ü saat 15 radələrində rayon sakini Hüseyn Mirzəyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Səbail rayon prokurorluğundan “Təzadlar”a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən “Qurman” restoranında optik kabel xəttində yaranmış  nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölmüşdür. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…