Saakaşvili Zelenskidən onu məhbuslar siyahısına daxil etməsini istəyib

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Vladimir Zelenskidən onu mülki məhbuslar siyahısına daxil etməsini istəyib.

Saakaşvilinin sözlərinə görə, o, Ukrayna vətəndaşıdır və Zelenskinin rəhbərliyi altında Milli İslahat Şurasının icra komitəsinə rəhbərlik edib. Keçmiş prezident xatırladıb ki, Ukrayna lideri artıq 2019-cu ildə vətəndaşlığını bərpa edib.

Tezadlar.az TASS-a istinadən xəbər verir.

Saakaşvili vurğulayıb ki, Odessa Vilayət Dövlət Administrasiyasının keçmiş rəhbəri və Milli İslahat Şurasının icra komitəsinin sədri kimi statusunu dəfələrlə bəyan edib. O, həbsinin “qanunsuz” olduğunu düşünür və Zelenskidən münaqişə kontekstində bu statusa müvafiq hüquqi nəticələr verməsini istəyib.

Keçmiş prezident əlavə edib ki, Gürcüstan hakimiyyəti onu yenidən klinikadan həbsxanaya köçürüb. Saakaşvili izah edib ki, hazırda 2022-ci ilin mart ayında onu zəhərləməyə cəhd edən eyni şəxsin nəzarəti altındadır.

Bir gün əvvəl Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin çoxillik cəzasını çəkmək üçün Rustavi həbsxanasına qaytarıldığını açıqlayıb.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti