Əsas məzmuna keç

“”Sabah” son illər Azərbaycan futbolunda formalaşmış mifləri tamamilə dağıtdı”

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsində Azərbaycan çempionu “Sabah”ın hansı nəticələr əldə etməsindən asılı olmayaraq komandamız artıq tarixi uğura imza atıb.
Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabında bildirib.
“Cəmi 9 illik tarixi və 17 milyon avroluq büdcəsi ilə “Sabah” nəinki Avropa futbol tarixində ilklərdən birinə imza atdı, həmçinin son illər Azərbaycan futbolunda formalaşmış mifləri tamamilə dağıtdı. Strateji və soyuqqanlı məşqiçi qərarları və sistemli oyunu ilə Azərbaycan futboluna yeni davranışlar gətirən “Sabah”a Çempionlar Liqasının bu tarixi liqa mərhələsində ürəkdən uğurlar arzulayırıq”, – deyə deputat qeyd edib.
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…