Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Cənubi Koreyanın eks prezidenti Yun Sok-Yol 2024-cü ildə dövlət çevrilişinə rəhbərlik etməkdə günahkar bilinib.
Məhkəmə iclasının rəsmi yayımına görə, Cənubi Koreya məhkəməsi, həmçinin keçmiş müdafiə naziri Kim Yonq-Hyon-u da dövlət çevrilişində iştirak etdiyinə görə 30 il həbs cəzasına məhkum edib.
“Təqsirləndirilən şəxs Kim Yonq-Hyon 30 il həbs cəzasına məhkum edilib”, – deyə məhkəmə qərar verib.
Tezadlar.az “İzvestiya”ya istinadən xəbər verir ki, məhkəmə Kim Yonq-Hyun-u 2024-cü ilin dekabrında keçmiş prezident Yun Sok-Yol tərəfindən tətbiq edilən hərbi vəziyyətlə əlaqəli dövlət çevrilişində iştirak etməkdə günahkar bilib.
Yun Sok-Yol müharibə olmadığı təqdirdə hərbi vəziyyət və ya ona bərabər tutulan fövqəladə vəziyyət elan etməklə Konstitusiyanı pozmaq məqsədi ilə iğtişaşlar təşkil etmək üçün keçmiş müdafiə naziri və digərləri ilə birlikdə sui-qəsddə ittiham olunub.
Prokurorlar əvvəllər Yun Sok-Yol üçün ölüm cəzası tələb etmişdilər, belə bir işdə mümkün olan minimum cəza ömürlük həbs cəzası idi.
Xatırladaq ki, 3 dekabr 2024-cü ildə Yun Sok-Yol ölkədə hərbi vəziyyət elan edərək qoşunları və polisi səfərbər etmişdi.
Onlar Milli Məclis binasını mühasirəyə alaraq qanunvericilərin ora girməsinə mane olmuşdular.
Müstəntiqlərin sözlərinə görə, o, həmçinin Milli Məclis sədrinin, hakim və əsas müxalifət partiyalarının liderlərinin həbs olunması barədə də əmr edib.
O zaman deputatlar vətəndaşları etiraza qaldırmış, kordonu yararaq təcili plenar iclasa toplaşmış və bu iclasda – hərbi vəziyyət elan edildikdən bir neçə saat sonra onun ləğv edilməsinə səs vermişlər.
Prezident Yun Sok-Yol buna cavab olaraq onu ləğv etməyə razı olmuş və bundan sonra parlament onun impiçmenti üçün səs verir.
JASMİN