Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin bildirib ki, fevralda təyin olunmuş parlament seçkilərindən sonra səlahiyyət müddətinin ortasında istefa vermək niyyətindədir.
Tezadlar.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Şahabuddin vurğulayıb ki, onun səlahiyyətləri əsasən simvolik xarakter daşıyır, real icra hakimiyyəti baş nazirə və Nazirlər Kabinetinə məxsusdur.
“Çox istəyirəm istefa verim. Rezidensiyanı tərk etmək arzum var. Amma seçkilər başa çatmayınca, vəzifələrimi icra etməyə borcluyam. Mən bu postu prezidentin konstitusion səlahiyyətlərinə uyğun olaraq tuturam”, – deyə o bildirib.
Xatırladaq ki, 2024-cü il avqustun 6-da Banqladeşin müvəqqəti hökumətinin rəhbəri Nobel mükafatı laureatı Məhəmməd Yunus təyin olunub.