Əsas məzmuna keç

Saxta profillərlə rüsvayedici məlumatlar yaymaqla hədələyən saxta jurnalist həbs edildi -FOTO

Sosial şəbəkələrdə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist, bloger adı altında  hədə-qorxu ilə pul tələb edən daha bir nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Tezadlar.az  xəbər verir ki, 10-dan çox şəxsin şikayəti əsasında əvvəllər dələduzluq, böhtan, təhqir və xuliqanlıq cinayətlərinə görə məhkum olunmuş “Regionxeber” və digər internet resurslarında 50-dən artıq müxtəlif saxta sosial media hesablarını və səhifələri idarə edən 54 yaşlı Fuad Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…