Əsas məzmuna keç

Şəhr-ə-Nau rayonunda partlayış: yaralılar var – VİDEO

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Tezadlar.az xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər həlak olub.

Məlumata görə, partlayış şəhərin mərkəzi sayılan Şəhr-ə-Nau rayonunda baş verib.

Bir neçə nəfərin yaralandığı və öldüyü bildirilir.

Qeyd edək ki, Şəhr-ə-Nau rayonunda çoxlu sayda xarici vətəndaş yaşayır və Kabilin ən təhlükəsiz bölgələrindən biri hesab olunur.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…