Əsas məzmuna keç

Serbiyadan yeni raket planı

Bir ildən sonra Serbiya uzaqmənzilli ballistik raketlərin istehsalına başlayacaq.

Tezadlar.az xəbər verir ki, bunu Prezident Aleksandar Vuçiç Serbiya-Özbəkistan Biznes Forumunda çıxış edərkən deyib.

O qeyd edib ki, ölkəsi bununla bağlı Özbəkistanla əməkdaşlığa hazırdır.

“Müdafiə sənayesində böyük nəticələr əldə edə bilərik. Hazırda Serbiya yaxınmənzilli raketləri istehsal edir. Bir ildən sonra biz uzaqmənzilli ballistik raketlərin istehsalına başlayırıq və bu məsələdə də sizinlə əməkdaşlıq etməyə hazırıq”, – deyə Vuçiç Belqradda keçirilən forumun açılışındakı çıxışında özbəkistanlı iş adamlarına bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…