Əsas məzmuna keç

Sevastopol səmasında yeddi hava hədəfi vurulub

Rusiya hava hücumundan müdafiə qüvvələri Sevastopol səmasında yeddi hava hədəfini vurub. İlkin məlumatlara görə, heç bir infrastruktura zərər dəyməyib.

Tezadlar.az bildirir ki, bu barədə qubernator Mixail Razvojayev özünün Telegram kanalında məlumat verib.

Məlumatda deyilir: “Bu gün Sevastopolda hərbi qulluqçular yenidən Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf edirlər. Şəhərdə eşidilən yüksək səslər hava hücumundan müdafiə qüvvələrinin yeddi hava hədəfini məhv etdiyini göstərirdi. İlkin məlumata görə, şəhərdə heç bir infrastruktura zərər dəyməyib”.

Onun sözlərinə görə, hərbi qulluqçular işlərini davam etdirirlər. Şəhərdə hava hücumu xəbərdarlığı verilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…