Əsas məzmuna keç

Sevastopol üzərində beş Ukrayna PUA-sı vurulub

Rusiya hava hücumundan müdafiə vasitələri Sevastopol üzərində beş Ukrayna pilotsuz təyyarəsini vurub.

Tezadlar.az bildirir ki, bu barədə bölgənin qubernatoru Mixail Razvojayev məlumat verib.

O, Telegram kanalında yazıb: “Sevastopolda hərbçilər Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf etməyə davam edir; hava hücumundan müdafiə qüvvələri aktivdir”.

Razvojayevin sözlərinə görə, Kamışovaya körfəzi və dəniz üzərindəki Şimal tərəfi yaxınlığında beş pilotsuz təyyarə məhv edilib.

Mülki obyektlərə zərər dəyməyib və itki olmayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…