Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

4 yanvar tarixində Marneuli bazarında baş verən silahlı hücum zamanı qətlə yetirilən 27 yaşlı Sahib Bayramovun atası Tamaz Bayramov baş verən hadisələri mediaya danışıb. Onun sözlərinə görə, hücumu törədən şəxs əvvəlcə ailəyə məxsus qızıl mağazasına daxil olaraq bir neçə qızıl məmulatının qiymətini soruşub. Daha sonra telefonla mağazanın içini başqa bir şəxsə göstərərək ondan qızıl seçməsini istəyib. Hadisə bundan sonra baş verib. Tamaz Bayramov bildirib ki, cinayətin kriminal aləmin üzvləri tərəfindən törədildiyi ehtimal olunur. O qeyd edib ki, hadisədən bir neçə gün əvvəl naməlum şəxslər ailə ilə telefon vasitəsilə əlaqə saxlayıblar. Bayramovlar ailəsinin yaxınları cinayətin hərtərəfli araşdırılmasını, qətldə ittiham olunan şəxsin, eləcə də hadisənin arxasında dayanan mümkün təşkilatçıların müəyyənləşdirilməsini tələb edirlər. Siyasi və ictimai fəallar isə son dövrlərdə, xüsusilə Kvemo Kartli bölgəsində bu kimi hadisələrin artdığını bildirərək aidiyyəti qurumları məsələ ilə bağlı ciddi tədbirlər görməyə çağırıblar.
Hazırda istintaq aparılır.