Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ həmkarları ilə görüşlərdə Ukraynaya əlavə hərbi yardım və Rusiyadan enerji təchizatının qadağan edilməsinə qarşı çıxış etmək niyyətindədir.
“Sabah çətin gün olacaq: Aİ-nin Xarici Əlaqələr Şurası və Enerji Şurası eyni vaxtda Lüksemburqda görüşəcək. Xoşbəxtlikdən, iki iclas otağı bir-birinin yanında yerləşir, çünki biz hər iki yerdə Macarıstanın maraqlarını müdafiə etməliyik: Aİ Xarici Əlaqələr Şurasında onlar müharibəni daha da qızışdırmaq istəyirlər. Rusiyadan təbii qaz və neftin alınmasına qadağa qoymaqla enerji təchizatımızın təhlükəsizliyini təmin etmək asan olmayacaq”, – Tezadlar.az xəbər verir ki, XİN rəhbəri Facebook-da yazıb.
Aİ nazirləri Lüksemburqda Ukraynaya hərbi yardım, Rusiyaya qarşı yeni sanksiyalar və Avropa Komissiyasının 2028-ci ilə qədər Rusiyadan neft və qaz idxalını tamamilə dayandırmaq planını müzakirə etmək niyyətindədirlər.
E.ŞİRİNOV

