Omanın paytaxtında İranın nüvə proqramı ilə bağlı böhranın həlli barədə İran və ABŞ arasında danışıqların yeni mərhələsi başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
İranın Xarici İşlər Nazirliyinin əvvəllər xəbər verdiyi kimi, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edir.
E.ŞİRİNOV







