Əsas məzmuna keç

Şor Moldovada ortaq müxalifət cəbhəsinin yaradıldığını elan etdi

Moldovadakı “Qələbə” müxalifət blokunun lideri İlan Şor siyasi məhbusların həbsxanadan azad edilməsini və mövcud hökumətin istefasını tələb edəcək milli cəbhənin yaradıldığını elan edib.

Tezadlar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Biz müqavimət göstərəcək ortaq milli cəbhə yaradırıq. Onun ilk vəzifəsi Sandistalar (Prezident Maia Sandu tərəfdarları – RED.) tərəfindən təqib olunanları həbsxanadan və çətinliklərdən xilas etməkdir. Biz xalqımızı tərk etməyəcəyik və ya unutmayacağıq. İkinci vəzifə rejimi devirməkdir”, – Şor Telegram-da yazıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…