Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Təhlükəsizlik Şurasının katibi və keçmiş müdafiə naziri Sergey Şoyqu RİA Novosti agentliyinə verdiyi müsahibədə Yaponiyanın yeni baş naziri Sanae Takaiçi revanşizmdə günahlandırdı.
O, “Yaponiyanın baş naziri revanşizm və revizionizm siyasətinə başlayıb”, – deyə vurğulayıb.
Tezadlar.az xəbər verir ki, Şoyqu belə bir siyasətin Takaiçinin Rusiya ilə münasibətləri normallaşdırmaq planları ilə bağlı açıqlamaları ilə nə dərəcədə uyğun gəldiyini soruşub.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yaponiya ilə dialoqun bərpasının yalnız Tokionun Rusiyaya zərər verməyə yönəlmiş anti-Rusiya siyasətindən imtina etməsindən sonra mümkün olacağını bildirmişdi.
E.ŞİRİNOV