Sumqayıt şəhər Xəstəxanasının 1 saylı poliklinikasının həyəti avtodayanacağa çevrilib

Oxunma sayı: 101

Sumqayıtdan “Təzadlar”a göndərilən şikayət məktubunda diqqəti çəkən məqamlar var… Aşağıda kiçik ixtisar və düzəlişlərlə təqdim edirik:

– Hörmətli redaksiya! Gündəlik olaraq dövrü mətbuatdan yol nəqliyyat hadisələri ilə bağlı məlumatları izləyirik. Dövlət Yol Polisi Xidmətinin əməkdaşları qanun pozuntularına yol verən sürücülərə qarşı operativ reydlər keçirərək vəzifələrini icra etdikləri üçün onlara minnətdarıq. Əfuslar olsun ki, Sumqayıt ş., 40-cı məh., ərazisində yerləşən 1 №-li  şəhər xəstəxanasının poliklinika şöbəsinin qarşısı poliklinikadan çox maşın bazarını xatırladır. Poliklina ərazisinə qanunsuz daxil olan avtomobillərin əlindən təngə gəlmişik. Poliklinaka ərazisinin bir hissəsini poliklinaknın həkimləri zəbt edərək şəxsi avtomobillərini saxlayırlar. Digər hissəsi isə yoldan keçən sürücülərin özləri üçün “parkovka” yerinə çevrilibdir. Poliklinikanın 2 girişindən birində maneə baryeri (şlakbaum) olsa da,  digər girişindəki maneə (şlakbaum) naməlum şəxslər tərəfndən sökülüb, şəxsi məqsədləri üçün əraziyə maşın buraxırlar. Buna görə də istənilən sürücü poliklinika ərasinə daxil olub, hətta qapının ağzında maşınlarını rahat parkovka edirlər. Bu da öz poliklinkaya gələn xəstələrin və onları müşaiyət edən sakinlərin təhlükəsizliyinə ciddi maneə yaradır. Poliklinikanın rəhbərliyi bu avtomobilləri niyə görmür ?! Xahiş edirik, kənar sakinlərin poliklinika ərazisinə qanunsuz daxil olan avtomobilləri barədə tədbir görməklə yanaşı, avtomobillərin poliklinika ərazisinə daxil olmasını əngəlləmək üçün digər girişindən sökülmüş maneənin (şlakbaum) bərpa olunması üçün tədbir görülsün. Öncədən Sizə minnətdarıq.

Hörmətlə: Sumqayıt şəhərinin çoxsaylı sakinləri adından​​​​​ Aqil Osmanov”.

Redaksiyadan: Şikayətçi A.Osmanovun ərizəsinə əlavə etdiyi yelefon nömrəsinə zəng edərək əlaqə saxladıq. O şikayətini əsaslandıran digər xüsusatlardan ətraflı bəhs etdi. İnanırıq ki, poliklinika rəhbərliyi sakinləri narahat edən bu problemə tezliklə əncam çəkəcək.

Xəbəri paylaş