“Survivor 2025”-in qalibi qarapapaq türkü oldu: 6 ay iştiraka və qalibiyyətə görə qazancı isə…

Məlum olduğu kimi, “Survivor 2025” yarışmasının qalibi türkiyəli boksşu  Adem Kılıççı olub. Onun bu idman yarışmasından nə qədər qazandığı məlum olub.

TEZADLAR.AZ  xəbər verir ki, Kılıççı yarışmada 6 ay boyunca iştirak edib və həftəlik 100 min lirə məvacib alıb. Bu isə ümumilikdə 2 milyon 400 min lirə deməkdir.

Bundan əlavə, yarışmanı qalib kimi tamamlayan Adem Kılıççı 1 milyon lirə çempionluq mükafatını da qazanıb.

Beləliklə, Kılıççı Survivor 2025-dən ümumilikdə 3.400.000 lirə (təxminən 147 min manat) gəlirlə ayrılıb.

Qeyd edək ki, Adem Kılıçcı 5 mart 1986-cı il tarixində Türkiyədə -Ağrıda doğulmuşdur. O boksçudur və İstanbulda “Fənərbaxça” Boks şöbəsinin üzvüdür.

Adem bəy vaxtilə Türkiyəyə Rusiyadan – Qafqazdan gələn türk ailəsindəndir. Anası Ərzurumludur. Qarapapaq türklərindəndir.

Acun Ilıcalının təqdim etdiyi “Survivor Türkiyə” yarışmasında 2017-ci ildə finaladək yüksəlib, lakin Ogeday Girişkendən sonra ikinci olub. “Survivor 2018-də” Nagihan Karadere ilə finala yüksələn Kılıçcı həmin mövsümün çempionu olub. Hələ də boksla məşğul olan Adem Kılıçcı 2019-cu ildə “Sportial” adlı idman zalı açıb və eyni zamanda “Survivor Turkiyə Yunanıstan” yarışmasında qonaq iştirakçı kimi çıxış edib. Daha sonra  “Survivor 2022”: All Star yarışmasında iştirak edib və müsabiqəni ikinciliklə başa vurub. Bu il isə “ Survivor 2025” yarışmasının çempionu oldu. O, müsabiqədə bir dəfədən çox qalib gələn üç iştirakçıdan biridir.

Adəm bəy yarışmadan sonra mediaya verdiyi müsahibədə peşmançılığı olduğunu da dilə gətirib. O belindən və dizlərindən əziyyət çəkdiyini və psixoloji olaraq da gərildiyi məqamların çox olduğunu vurğulayıb…

JASMİN

Xəbəri paylaş

Xəbər lenti