Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tacikistan Əfqanıstanla sərhəddə birgə patrul xidməti ilə bağlı Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə danışıqlar aparır.
Tezadlar.az xəbər verir ki, Reuters agentliyinə bu barədə respublikanın təhlükəsizlik qurumlarındakı üç mənbə bildirib.
Mənbələrdən birinin məlumatına görə, KTMT qüvvələrinin byerləşdirilməsi ilə bağlı hələlik qərar qəbul edilməyib.
O əlavə edib ki, Düşənbə Rusiya ilə 201-ci Hərbi Bazadan Tacikistan-Əfqanıstan sərhədində birgə patrul xidməti üçün istifadə etmək imkanını müzakirə edib.
Dövlət Milli Təhlükəsizlik Komitəsindəki (DTK) mənbələr Reuters-ə təsdiqləyiblər ki, 201-ci bazanın hava qrupunun sərhəddə helikopter patrul xidməti üçün yerləşdirilməsi variantı müzakirə olunur.
Qeyd edək ki, məlumata görə, son bir həftə ərzində sərhəd yaxınlığında beş Çin vətəndaşı öldürülüb, daha beş nəfər isə yaralanıb. 1 dekabrda “Taliban” nümayəndələri hücumda iştirak etməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığını bildiriblər.
Tacikistandakı Rusiya bazası 2000-ci illərə qədər Tacikistan-Əfqanıstan sərhədinin qorunmasına cavabdeh idi.
2005-ci ildən bəri Tacikistan bunu təkbaşına həyata keçirir.
JASMİN