Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 Fevral 2026 / 04:10

Taker Karlson İsraildə saxlanılıb

Amerikalı jurnalist Taker Karlson və onun əməkdaşları ABŞ səfiri Mayk Hakabi ilə müsahibədən sonra İsraildə saxlanılıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Karlson düşmənçiliklə qarşılaşdığını bildirib. Jurnalistin sözlərinə görə, müsahibədən qısa müddət sonra İsrail rəsmiləri onun pasportunu müsadirə edib və icraçı prodüserini dindirmə otağına aparıblar. Karlson bildirib ki, onlar jurnalistin Hakabi ilə nələri müzakirə etdiyini öyrənməyə çalışırdılar.

“Qəribə idi. Biz artıq ölkədən kənardayıq”, – deyə o bildirib.

Daha əvvəl Karlson ABŞ şəhərlərindəki iğtişaşların bütün ölkənin parçalanmasının başlanğıcının əlaməti ola biləcəyini bildirmişdi. Karlson ABŞ üçün bu cür nəticələri Minneapolisdə etirazlara səbəb olan immiqrant əleyhinə basqınlarda görüb. O hesab edir ki, baş verən hər şey xaosu təmsil edir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!