Əsas məzmuna keç

Tbilisi dənizində itkin düşən yeniyetmənin meyiti tapıldı

media InShot afciu

Tbilisi dənizində 6 gün əvvəl itkin düşən 15 yaşlı Umud Sofiyevin meyiti tapılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəedilməsi Xidməti təsdiqləyib.

Məlumata görə, itkin yeniyetmənin meyiti dalğıclar tərəfindən suyun 30 metr dərinliyində aşkarlanıb.

Axtarış-xilasetmə işləri fasiləsiz şəkildə aparılıb və proses zamanı su üzərində xilasetmə üçün nəzərdə tutulan xüsusi texnika və avadanlıqlardan istifadə olunub.

Qeyd edək ki, 15 yaşlı Umud Sofiyev Tbilisi dənizində 6 gün əvvəl itkin düşmüşdü.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…