(Əvvəli saytın 3 mart 2025-ci il tarixli buraxılışında)
…Cənubi Qafqazda Bizans imperiyasının nüfuzunu sarsıtmaq və bölgədə öz mənafelərini təmin etmək və qorumaq üçün ərəb xilafəti «erməni-qriqorian kilsəsi»nin xahişlərini həvəslə yerinə yetirirdi. Bu cür münasibətdən istifadə edən «erməni-qriqorian kilsəsi» alban ruhanilərini ərəblərin bu və ya digər formada dəstəyi ilə sıxışdırmağa başlamışlar və Alban kilsəsinin nüfuzunu yerli alban əhalisi arasında aşağı salmağa nail olmuşlar. Ərəb işğalçılarının əli çatmadığı Azərbaycanın dağlıq ərazilərində yaşayan xristian albanların tədricən müəyyən hissəsi qriqorianlamışlar.
1699-cu ildə “erməni” məlikləri arximandrit Vardaped Minası İsrail Oriyə qoşaraq Osmanlı imperiyasının ərazisini zəbt edilməsi haqqında hazırladıqları 36 bənddən ibarət layihəni özləri ilə Almaniyaya aparırlar. Onlar Almaniya kralı İ.Vilhelmlə görüşərək Almaniyanı Osmanlı imperiyasına qarşı imperiyanın ərazisində məskunlaşmış “erməni”lərin dəstəyi ilə qalibiyyətli müharibə etməyə və məğlub edilmiş Osmanlı imperiyasının ərazisinin müvafiq hissəsində xristian dünyasına mənsub «erməni çarlığı» yaradılmasını təklif edirlər. “Erməni” nümayəndələri (bu şəxslər «erməni-qriqorian kilsəsi»nin din xadimləri idilər) “erməni” dövləti yaratmaq barədə öz məqsədlərinə dəstəyi nə Osmanlı imperiyasından nə də İran dövləti kimi müsəlman ölkələrindən ala bilməyəcəklərinə əmin olduqları üçün öz istəklərinə dəstəyi məhz Qərb dünyasının xristian dövlətlərinin simasında axtarırdılar. Lakin, Avropanın dövlət başçıları (xüsusilə Almaniya) “erməni” nümayəndə heyətinin xristian və müsəlman dövlətlərini qarşı-qarşıya qoyaraq öz məkrli niyyətlərinə çatmaq üçün ara qarışıb məzhəb itəndə Osmanlı imperiyasının ərazisində özlərinin «erməni çarlığı»nın yaratmaq istəyinin nə kimi ağır nəticələrə səbəb ola biləcəyi ehtimalını anlayaraq “erməni”lərin bu «xidmətlərindən» imtina etmişlər.
Bu zaman “erməni”lərin diqqətini bir başa işğalçılıq yolu ilə öz ərazisini genişləndirən çar Rusiyası cəlb edir.
Arximandrit Vardaped Minas və İsrail Ori tərtib etdikləri 36 bənddən ibarət həmin layihə ilə çar I Pyotr ilə görüşmək ümidi ilə 1701-ci ilin yayında Rusiyaya yola düşürlər.
Rusiya çarı I Pyotrla görüşə nail olan “erməni” nümayəndə heyəti özlərinin təqdim etdikləri layihədən əlavə (“erməni” nümayəndələri artıq çar Rusiyasının Qafqazı da işğal etmək niyyətində olduğu barədə müvafiq məlumata malik idilər) Cənubi Qafqaz ərazisinin bənzərsiz iqlimindən, təbii sərvətlərinin zənginliyindən, Xəzər dənizinin strateji əhəmiyyətindən, Qafqaz əhalisinin sayından, burada yaşayan xalqların siyasi mövqelərindən xeyli məlumat verirlər. “Erməni” nümayəndə heyətinin I Pyotra təqdim etdiyi bu layihə şübhəsiz ki, «xristian-müsəlman» amili üzərində qurulmuşdu.
Qafqazı işğal etmək I Pyotrun çoxdanki arzusu idi. Onun bu arzusu “erməni”lərin «Erməni çarlığı» yaratmaq istəyi ilə üst-üstə düşürdü. Rus çarının onları diqqətlə dinləməsindən ruhlanan “erməni”lər I Pyotrun «Erməni çarlığı»nın məhz Cənubi Qafqaz ərazisində yaradılması təklifini böyük həvəslə qəbul edirlər və hətta rus qoşunlarının Qafqaza hansı yollarla daxil olmasının mümkünlüyünü müzakirə etməkdən belə çəkinmirlər. Beləliklə, “erməni” nümayəndə heyəti rus çarı I Pyotrla görüşü zamanı Qafqazın cənub ərazisində Rusiyanın birbaşa dəstəyi və himayəsi altında «Erməni çarlığı»nın yaradılması barədə ümumi razılığa gəlirlər.
İsrail Ori Cənubi Qafqazda yaradılması nəzərdə tutulmuş «Erməni çarlığı»nın iki il ərzində işləyib hazırladığı uydurma xəritəsini 1703-cü ilin payızında I Pyotra təqdim edir. Bu uydurma çarlığın uydurulmuş xəritəsində Anadolu yarımadasının şərqi, Azərbaycanın İrəvan xanlığı, Zəngəzur və Qarabağ mahalları əks olunmuşdu.
“Erməni”ləri Cənubi Qafqaza gətirib yerləşdirilməsində əsas günahkar rus çarı I Pyotr olmuşdur.
Ümumiyyətlə, “erməni” etnosunun Cənubi Qafqazda məskunlaşdırılmasında çar Rusiyanın rolu əvəzsiz olmuşdur!
Rus çarı I Pyotrun “erməni”lərə xoş münasibətinin nəticəsi olaraq «erməni-qriqorian kilsəsi»nin arximandriti Vardaped Minas Xəzər dənizi, sahilində 1714-cü ildə monastır inşa edilməsini tövsiyə edirdi ki, Rusiyanın Səfəvi dövləti ilə müharibə edəcəyi təqdirdə bu monastırdan qala kimi istifadə etmək mümkün olsun (qeyd edək ki, qədim Azərbaycan torpaqları olan müasir “Erməni”stan ərazisində bir dənə də olsun qədim “erməni” qalası yoxdur).
V.Minasın əsas niyyəti isə bütün ətraf ölkələrin ərazilərinə səpələnmiş “erməni”ləri (araməniləri) Rusiyanın himayəsi altında olan bir ərazidə cəmləşdirmək idi… Bu barədə o, 1718-ci ildə I Pyotra müraciət etmişdi. Çox ehtimal ki, I Pyotr Xəzər yürüşü ilə Cənubi Qafqaz hesabına Rusiyanın dövlət mənafeyi baxımından «erməni məsələsini» həll etmək istəyirdi… I Pyotr Xəzər yürüşü zamanı (1722-ci il) Xəzəryanı ərazini xristian elementi ilə məskunlaşdırmağa tələsirdi. Məhz “erməni”lərin Xəzər dənizi sahillərində yerləşdirmək istəyini I Pyotr öz yaxın ətrafına Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyinin təminatı baxımından vacib saydığını bildirirdi.
I Pyotr öz şəxsi nümayəndəsi qraf A.Rumyansovu 24.09.1724-cü il tarixdə Xəzər dənizi sahillərində yaşayan türkdilli əhalinin köçürülməsindən sonra bu ərazidə “erməni”lərin məskunlaşdırılmasına dair Konstantinopolun “erməni” katolikosluğundan razılıq alması tapşırığı ilə İstanbula göndərir.
I Pyotrun məmurları onun tapşırığı əsasında əvvəlcə Dərbəndin tutulması, sonra Gəncə və Şamaxının zəbt edilməsi, Qarabağ və Şıqnaxdan qoşun toplayıb İrəvan xanlığını işğal etmək planı hazırlamışdılar. «Erməni-qriqorian kilsəsi»nin rəhbərliyi bu planı sevinc hissi ilə qəbul etmişdi. Lakin, I Pyotrun 08.02.1725-ci il tarixdə vəfat etməsi bu planın həyata keçirilməsinə mane oldu.
I Pyotrun «erməni məsələsi» siyasətini rus imperiatriçası II Yekaterina da (1762-1796) davam etdirmişdir. O, “erməni” din xadimlərinə Rusiyanın himayəsi altında Cənubi Qafqazda «Erməni çarlığı»nın yaradılmasına razılıq vermişdi. Bu razılığın verilməsinə əsas səbəblərdən biri də Şafrasov familiyalı bir “erməni”nin vaxtilə İran şahı Nadir şaha məxsus olmuş «toyuq yumurtası» ölçüsündə 400 min rubl qiymətində olan bir brilyantı II Yekaterinanın fovariti qraf Q.Orlov vasitəsilə imperiatriçaya pasxa bayramının birinci günü hədiyyə etməsi olmuşdur. II Yekaterina isə öz növbəsində özünü “erməni” xalqının nümayəndəsi kimi təqdim edən Şafrasovu minnətdarlıq əlaməti olaraq nəsilliklə rus zadəganlığına həsr etdirmişdi.
Quba xanı Fətəli (Fəth Əli) xan rus imperiatriçası II Yekaterinaya ünvanladığı məktubunda (1792-ci il) Quba, Şəki, Dərbənd, Şamaxı və s. kimi xanlıqlardan ibarət olan Azərbaycan ərazisini burada yaşayan əhalinin «adırbaycanlılar» deyə təsvir edir. Özünü isə bütün Azərbaycan xanlarının və əhalisinin mənafeyinin müdafiəçisi kimi təqdim edirdi.
Məktubunda Fətəli xan Qarabağ xanı İbrahim Xəlil xanın gürcü çarı II İrakli ilə yaxın dost olduğunu və Azərbaycanda hökmranlıq uğrunda mübarizədə birləşdiklərindən şikayət edirdi.
Quba xanı Fətəli xan Xəzər dənizi vadisi ətrafı Quba, Dərbənd, Şəki, Şamaxı xanlıqlarına, həmçinin İranın şimalında yerləşən Ərdəbil torpaqlarına qədər olan ərazilərə nəzarət edirdi.
Qarabağ xanı şuşalı İbrahim Xəlil xan özünün hakimiyyəti dövründə (1756-1806)müstəqil siyasət yeridirdi və bu xanlıq nə İran, nə də Osmanlı imperiyasına tabe deyildi. İbrahim Xəlil xanın nüfuz dairəsi çox geniş idi. Onun əmr və sərəncamları Şirvan, Gəncə, İrəvan, Naxçıvan, Xoy, Qaradağ, Təbriz, Ərdəbil vilayətlərində, hətta Marağa və Qaplan-Kuxda da icra olunurdu.
Qarabağ xanı İbrahim Xəlil xanın hökmranlıq etdiyi ərazidə cəmi 7 min xristian yaşayış məskəni var idi. Bu yaşayış məskənlərindən bir qismi «erməni» mənşəli şəxslərə mənsub idi ki, bu da Qarabağın xristian əhalisinin çox cüzi bir hissəsini təşkil edirdi.
Hər iki hökmdar böyük və qüdrətli Azərbaycan dövləti yaratmaq arzusunda idilər. Lakin, münasibətlərində olan aramsız çəkişmələr onların heç birinə bu arzunu həyata keçirməyə imkan vermədi. Əgər bu iki hökmdar öz aralarında ümumi razılığa gələ bilsəydilər, şübhəsiz ki, Azərbaycan Şərqdə ən güclü dövlətlərdən biri olmaqla Qafqazda Rusiya imperiyasının maraqlarına ciddi əngəl törədə bilərdi.
Rus ordusunun Gürcüstan torpaqlarını işğal etməsi Azərbaycan xanlıqlarında böyük narahatlıq yaratsa da bu xanların şəxsi mənafeləri onların ümumi mənafe baxımından rus işğalına qarşı birləşmələrini mümkünsüz etmişdi.
Çar Rusiyası ilə şah İranı arasında uzun sürən müharibələrdən sonra aralarında imzalanmış Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) sülh müqavilələrinin imzalandığı sənədlərin mətnlərində tarixi inzibati ərazi vahidi kimi ayrı-ayrı xanlıqlardan ibarət olan Azərbaycanın adı əks olunmayıb. Məhz bu səbəbdən “erməni” mənşəli tarixçilər Azərbaycanı dövlət statusu olmayan, 1918-ci ilədək sadəcə bir coğrafi məkan olduğunu iddia edirlər.
Rus imperatorunun Gürcüstanda yaşayan və bütün Qafqazda baş verən hadisələri izləyən məxfi nümayəndəsi polkovnik Stepan Daniloviç Burnaşev (1743-1824) “erməni” tarixçilərinin bu iddialarının tam əksinə olaraq cənubi Qafqazda ayrı-ayrı xanlıqlardan ibarət Azərbaycanın mövcud olduğunu və burada azərbaycanlılar adlanan xalqın yaşadığını bildirirdi.
O, Qafqaza aid tərtib etdiyi raportlarında Azərbaycan xanlıqlarını indiki «Ermənistan» adlandırılan ərazini də əhatə etməklə Cənubi Qafqazda tarixi inzibati coğrafi məkan vahidi kimi Osmanlı Türkiyəsinin sərhədlərinə qədər İranın şimalını (Cənubi Azərbaycan) və Xəzər dənizinin bütün şərq sahillərini əhatə edən əraziyə malik olduğunu bildirirdi.
Polkovnik S.D.Burnaşev öz raportlarında Azərbaycan xanlıqları indi Ermənistan adlandırılan Azərbaycanın qərb torpaqları və burada yaşayan azərbaycanlıların adət-ənənələri barədə geniş məlumat verir.
Polkovnik S.D.Burnaşev özünün raportlarında türk xalqı, fars xalqı ifadələri ilə yanaşı Azərbaycan xalqı ifadəsini də işlədərək Azərbaycan xalqını da ayrıca bir etnos kimi qeyd edir və bildirir ki, bu xalqı müsəlman xalqı adı ilə türk və ya fars xalqı ilə qarışıq salmaq yanlışdır.
Bu isə bir daha sübut edir ki, Azərbaycan xalqı Cənubi Qafqazda ayrıca bir müstəqil xalq kimi əsrlər boyu mövcud olmuşdur.
Polkovnik S.D.Burnaşevin Qafqaz barədə raportları məxfi xarakterli olduğu üçün uzun müddət gizli saxlanılmışdır.
Bu barədə ilk olaraq Rusiyanın «Русский зритель» jurnalı 1828-ci ildə müvafiq məqalə ilə çıxış edərək bu faktı böyük heyrət və təəccüblə açıqlayaraq təsdiq etmişdi.
“Erməni”lərin təbliğat orqanı olan (1896-1903-cü illər) «Pro ARMENİA» qəzetinin 76-cı nömrəsində “erməni” gənclər qurumunun tanınmış başçısı Səfəryanın müraciəti dərc olunmuşdu. Müraciətdə deyilirdi ki: «…“Erməni” qardaşlar! Ümid edirik ki, baharın gəlməsi ilə bizim qardaşlıq həmrəyliyimiz qələbə çalacaqdır. Bizim sonuncu həmrəylik etirazımız zülmə, istibdada son qoyacaq və Avropanın üzərinə götürdüyü insanpərvər missiyanı, imzaladığı Berlin Bəyannaməsinin və 61-ci maddələrini yerinə yetirməyə məcbur edəcəkdir. Ümid edirik ki, bizim azadlıq uğrunda sonuncu çarpışmamız nəhayət iki millətin (bolqarların və “erməni”lərin) uzun əsrlər boyu düşdüyü işgəncə zəncirini qıracaqdır!
Yaşasın Arməniyə! Yaşasın Makedoniya!».
Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, “erməni” hərəkatının başında duran şəxslər Makedoniya məsələsinin gündəmə gəlməsi nəticəsində əfsanəvi Arməniyyə məsələsini uydurmuşlar ki, Avropanı hər iki məsələni eyni vaxtda həll etmək məcburiyyəti qarşısında qoysunlar.
1895-ci ilin dekabr ayının axırlarında Van şəhərinə amerikan missionerlərindən yardım almaq bəhanəsi ilə gələn çoxlu sayda “erməni” cəmləşməyə başladı. Müəyyən vəsaitlə ingilislər var-yoxdan çıxmış “erməni” kəndlərinə bir qədər təskinlik vermək və bununla da “erməni”lərə sübut etməyə çalışırdılar ki, onlara hər halda, ümumiyyətlə rəğbət bəsləyirlər.
Gəlmə “erməni”lərin içərisində bir çoxlarının şübhəsiz ki, həqiqətən də gündəlik yeməyə ehtiyacı var idi. Lakin, bu da bir həqiqətdir ki, sədəqə axtaranlar arasında öz şəxsiyyətini gizlətmək üçün cır-cındırda gələnlərə də rast gəlmək olurdu. Bütün bunlar get-gedə Van şəhər hakimiyyətinin orqanlarına aydın olurdu ki, özlərini «inqilabçı» kimi qələmə verən bir qrup “erməni” Vanda küllü miqdarda tərəfdarlarını toplayıb nə isə qəti bir hərəkətə hazırlaşırlar. Yazın əvvəlindən «erməni inqilabçıları»nın fəaliyyəti daha da canlandı. Tezliklə bir neçə kürd nəinki öz canını Allaha tapşırdı, həm də onların meyitlərinin başına müxtəlif təhqiredici hərəkətlər, oyunlar açıldı. Müsəlman əhalisi arasında hiddət, narazılıq gücləndi.
Əməllərinin cəzasız qalacağına əmin olan «inqilab xadimləri» daha da cürətləndilər. O dövrlərdə Van şəhərində ingilis vitse-konsulu vəzifəsində işləmiş mayor Vilyamsın xatirələrindən: «Bu vilayətdə vəziyyət hər halda qənaətbəxş deyildir. Axırıncı həftə ərzində «erməni inqilabçıları» kürdlərə iki dəfə hücum etmişlər. Birinci dəfə üç nəfər kürd öldürülmüş, ikisi yaralanmışdı. İkinci hücumda isə üç nəfər kürd öldürülmüşdü. Hadisədən sonra müəyyənləşdirilmişdir ki, meyitlər dəhşətli şəkildə eybəcər hala salınmışlar. Dünən günortadan sonra şəhər kənarında buralarda çox tanınmış, məşhur bir «erməni inqilabçısı» öldürülmüşdür. Ehtimal etmək olar ki, bu kürdlərin işidir. Çünki, öldürülən “erməni” keçən ilin payızında İrandan bura gələn quldur dəstəsinin tanınmış üzvlərindən idi. Keçən ilki soyğunçuluğun başlanmasına səbəb bu quldur dəstəsinin əməlləri olmuşdur».
Bu hadisələrin şahidi olmuş Rusiyanın Van və Ərzurumdakı Baş konsulu Mayevski isə öz xatirələrində qeyd edir: «Mən həmin hörmətli cənab Vilyamsın qısa nitqini çox yaxşı xatırlayıram və onun rəsmi məlumatına tamamilə daban-dabana zidd olan əksliklə rastlaşıram, mənim yalnız onun raportundan həmin parçaya, eləcə də bir çox başqa şeylərə heyrət etmək qalır. Vilyams bildirirdi ki, guya o, hər iki tərəfi, “erməni”ləri və kürdləri sakitləşdirməyə çalışıb, onlarla söhbətlər aparıb.
Ümumiyyətlə deyə bilərəm ki, baş vermiş “erməni” hərəkatı mətbuatda heç vaxt düzgün əks olunmayıb. Bu haqda yazılmış məqalələr, adətən qeybət dedi-qodu və yalanla doludur. Şəhərlərdə baş verən qanlı toqquşmalar heç də həmin hadisələrin şahidlərinin gözlərilə görənlərin təsvir etdikləri kimi əks olunmayıb. Toqquşmalar müsəlman əhalisinin arasında çoxlu sayda itkilərə səbəb olmuşdur».
Baş konsul Mayevski yazır: «Cümə axşamı mən doktor Reynoldla Amerikan missiyasında görüşdüm və bu böyük şəxslə «erməni inqilabçıları»nın möhkəmləndirilmiş iki məntəqəsində oldum və onların öz işlərini necə məharətlə apardıqlarına heyran qaldım. Onlar mənə dedilər ki, hələ 10 gün də davam gətirmək fikrindədirlər. Həmin müddət ərzində İrandan kömək gəlməlidir. Onların başçıları arasında mən bir rus, bir bolqar, bir-neçə amerikan və bir rus təbəəsi olan şəxs gördüm… Belə hesab edirəm ki, gəlmələrin ümumi sayı 15-20 nəfərdir. Bütün qiyamçıların sayı 600 nəfərdir… Başçılarının böyük hissəsi rus tüfəngləri ilə yaxşı silahlanmışdılar, onlar danışırdılar ki, bu tüfənglər Van “erməni”ləri arasında toplanan vəsaitin hesabına alınaraq gətirilmişdir.
Müxtəlif “erməni” cəmiyyətlərinin üzvləri – Hnçaq, Droşaq və «erməni inqilabçıları» müxtəlif formalı paltar geyirdilər. Mən bu təfərüatı ona görə deyirəm ki, bütün üsyançılar öz arvad-uşaqlarını qoruyan vətənpərvərlər deyillər, sadəcə olaraq qiyamçılardır. Məndə onların dinc, silahsız, heç kəslə işi olmayan müsəlmanların ehtiyatsızlıq edib “erməni”lərin möhkəmləndirilmiş mövqelərinə yaxınlaşdıqları zaman onıarın necə soyuqqanlıqla, vəhşicəsinə qətlə yetirilmələri barədə çoxlu əyani sübutlar vardır.
Həmin gün ingilis konsulluğunun yanından keçərkən mayor Vilyamsla rastlaşdım. O, mənə dedi: «Bu gün özü də Sizinlə birlikdə yeni dramatik bir səhnənin canlı şahidi olacağıq». Bundan sonra o, mənə şəhərə soxulmuş “erməni” quldur dəstəsindən danışaraq, xəbərdarlıq etdi ki, onun başçıları içərisində rus təbəəsi olanlar da var…».
Maraqlıdır, Rusiyanın müsəlman Şərqinə və Qafqaza yürüşü ərəfəsində “erməni”lər məskunlaşdıqları bu müsəlman ölkələrində hər hansı bir narazılıq barədə ümumiyyətlə düşünmürdülər. Lakin, xristian Rusiyasının müsəlman Yaxın Şərqinə və Cənubi Qafqaza hərbi müdaxilə etməsi ilə əlaqədar Osmanlı İmperiyasında və İranda məskunlaşmış “erməni”lərin siyasi mövqeləri qəflətən dəyişərək çar Rusiyasına meyllilik artmağa başladı. Bununla əlaqədar çarizmin dəstəyi ilə “erməni”lərin Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycana kütləvi köçü daha böyük vüsət aldı.
Bu proses Rusiya imperiyasının və “erməni”lərin siyasi səhnəsində teokratik hakimiyyətə malik olan «erməni-qriqorian kilsəsi»nin dəstəyi ilə həyata keçirilirdi.
Rus çarı I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanında deyilirdi: «İranla imzalanmış müqaviləyə əsasən (burada Rusiya ilə İran arasında imzalanmış 1828-ci il 10 fevral tarixli Türkmənçay müqaviləsi nəzərdə tutulur) Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqları «Erməni vilayəti» adlandırılsın».
Sənədlər sübut edir ki, rus çarının əmri ilə “erməni”lərin Şimali Azərbaycanın ərazisinə köçürülməsi prosesinə mənşəcə “erməni” olan çar ordusunun polkovniki X.Y.Lazarev və onun tabeliyinə ezam edilmiş, çoxu rus ordusunun “erməni” mənşəli zabitləri və “erməni” dilini bilən zabit heyəti rəhbərlik edirdi. Bu kampaniyanı icra edənlərin qarşısında minlərlə “erməni”nin köçürülməsi zamanı yolda müxtəlif problemlərin, o cümlədən ərzaq təminatı problemi dururdu. 5000 (beş min) “erməni” ailəsinin Araz çayı sahilinə çatdıqda ərəblər və ruslar kimi ərazi zəbt etmək xəstəliyinə xroniki halda tutulmuş “erməni”lər yaranmış vəziyyətdən istifadə edərək məskunlaşmaq üçün Cənubi Qafqazda daha geniş ərazi əldə etmək niyyətilə «Erməni vilayətinin» (İrəvan və Naxçıvan xanlıqları) rəhbəri rus ordusunun feld-marşalı İ.F.Paskeviçə polkovnik X.Y.Lazarev tərəfindən məlumat verilir ki, «“erməni”lərin məskunlaşacaqları ərazidə onların ərzaq təminatı üçün kifayət qədər şərait yoxdur». Bununla əlaqədar Qafqaz administrasiyasının rəhbəri İ.F.Paskeviç “erməni”lərin böyük bir hissəsinin Qarabağın dağlıq ərazisində yerləşdirilməsinə razılıq verir.
Urmiya, Salmas, Xoy, Maraqa və Təbrizdən mindən artıq “erməni” ailəsi Yuxarı Qarabağa köçürüldü. “Erməni”lərin 1828-1829-cu illərdə İran dövlətindən Şimali Azərbaycana köçürülməsi nəticəsində burada 6.946 “erməni” ailəsi və ya 35.560 nəfər “erməni” miqrantı yerləşdirildi. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən İran dövlətinin tərkibinə qatılmış Cənubi Azərbaycanın ərazisində cəmləşmiş “erməni”lər demək olar ki, bir nəfərədək Rusiyanın tərkibinə qatılmış Şimali Azərbaycana köçürüldülər.
1828-1829-cu illərdə Osmanlı imperiyasından isə Şimali Azərbaycana öz növbəsində 84.450 nəfər “erməni” köçürülüb. O zaman İrəvan xanlığının ərazisində cəmi 9.234 nəfər əhali yaşayırdı. Bunlardan 7000 nəfəri yerli azərbaycanlılar, 2.234 nəfəri isə digər ölkələrdən miqrasiya etmiş “erməni”lər idi.
Yalnız rus çarizminin Qafqazı işğal etməsindən sonra “erməni”lərin Osmanlı Türkiyəsindən, İrandan və Yaxın Şərq ölkələrindən qədim Azərbaycan torpaqları olan İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarına kütləvi köçürülməsindən sonra “erməni” əhalisinin sayı bu xanliqlarda yerli azərbaycanlıların sayından xeyli artmış oldu.
XX əsrin əvvəllərində “erməni”lərin cənubi Qafqaza köçürülməsi prosesinin bilavasitə iştirakçısı olmuş rus alimi M.Şavrov bildirirdi ki, Qafqazda yaşayan 1 milyon. 300 min nəfər “erməni”dən 1 milyon. nəfəri yerli deyil, onlar bizim tərəfimizdən Yaxın Şərqdən köçürülüb gətirilənlərdir.
Köçürülən “erməni” ailələrinin hamısı rus çarizmi tərəfindən «“Erməni” vilayəti» adlandırılmış İrəvan və Naxçıvan xanlıqlarına, əlavə olaraq Qarabağ xanlığının dağlıq ərazisində yerləşdirildilər.
Bütün bu faktlara baxmayaraq “erməni”lər utanıb-qızarmadan özlərini Cənubi Qafqazın qədim aborigen (yerli) əhalisi kimi təqdim edirlər.
(Davamı var)
NURMƏHƏMMƏD AZƏRİ
(Xüsusi olaraq “Təzadlar” üçün)