19 Dekabr 2025 / 14:40

Teleaparıcı Putinlə birbaşa söhbətdə kokoşnikləri lağa qoyub

Teleaparıcı Kseniya Sobçak Rusiya prezidenti Vladimir Putinlə birbaşa xətt zamanı kokoşnikləri (kokoşnik – ayparaya bənzər ənənəvi rus qadınlarının baş geyim forması) lağa qoyub.

Tezadlar.az xəbər verir ki, müvafiq paylaşım onun Telegram kanalında “Qanlı xanım” adlı paylaşımda yer alıb.

Sobçak qara paltarda saçlarını aşağı salmış şəklini paylaşıb. Onun görünüşü geyiminə uyğun kokoşniklə tamamlanıb. “Kokoşnik tezliklə dövlət formasının bir hissəsinə çevriləcək”, – deyə zarafat edib.

Sobçak daha əvvəl Putinlə birbaşa xətt zamanı qadın jurnalistlər arasında ən populyar rəngi də açıqlayıb. O, mətbuat konfransına bir çox media nümayəndəsinin qırmızı geyinərək qatıldığını qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!