19 Dekabr 2025 / 11:53

Təqaüdçülər gələn il pensiya əmanətlərindən müəyyən məbləği birdəfəlik çıxara bilərlər

Rusiyalı təqaüdçülər 2026-cı ildə pensiya əmanətlərindən 439.776 rubla qədər məbləği birdəfəlik məbləğdə çıxara bilərlər.

Tezadlar.az “RİA Novosti” istinadən xəbər verir.

Qeyd olunur ki, maliyyələşdirilən pensiyanın məbləği pensiya əmanətlərinin ümumi məbləğini gözlənilən ödəniş dövrünün aylarının sayına bölməklə müəyyən edilir. Agentliyin hesablamalarına görə, bu müddət 2025 və 2026-cı illərdə 270 aydır. Aylıq ödəniş məbləği yaşayış minimumunun ən azı 10 faizini təşkil edərsə, əmanətlər birdəfəlik məbləğdə çıxarıla bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!