Əsas məzmuna keç

TikTok bütün dünyada işçilərini ixtisar edir

TikTok biznesinin yenidən qurulmasının bir hissəsi olaraq Etibar və Təhlükəsizlik bölməsində məzmun moderatoru heyətini ixtisar etməyə başladı.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

Nəşrin vəziyyətlə tanış olan mənbələri bildiriblər ki, şirkətin əməliyyat direktoru, bu bölməyə nəzarət edən Adam Presser fevralın 20-də işçilərə işdən çıxarılması barədə bildiriş göndərib.

Elə həmin gün Avropa, Asiya, Afrika və Yaxın Şərqdə işçilərin ixtisarı başlayıb.

Qeyd edək ki, bu bölmədə 40 min mütəxəssis çalışır. Hələlik neçə nəfərin ixtisar ediləcəyi məlum deyil.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…