Tramp bu gün atəşkəsə nail ola biləcəkmi?

Oxunma sayı: 15

Bu gün prezident Trampla Putin arasında Ukrayna vəbhəsindəki vəziyyətlə bağlı vacib danışıq baş tutacaq. ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Con Kennedi adına İfa Sənəti Mərkəzinə səfəri zamanı deyib ki, Ukraynada münaqişənin nizamlanması üzrə danışıqlar mühüm mərhələyə daxil olur.  Tezadlar.az “Fox News”a istinadən xəbər verir ki, Tramp  rusiyalı həmkarı Vladimir Putinlə “çox vacib telefon danışığı” aparacağını bildirib. Sitat: “Telefon danışıqlarımız olub, lakin kritik mərhələyə çatırıq. Biz Rusiya və Ukrayna ilə bütün bu vəziyyətin həllini tapmaq istəyirik. Ukrayna üzrə yekun razılaşmanın bir çox elementləri artıq razılaşdırılıb, lakin hələ çox işlər görülməlidir”, – ABŞ prezidenti bildirib. Tramp həmçinin, Rusiyanın Ukraynada 30 günlük atəşkəslə razılaşacağına əminliyini ifadə edib. “Onlar (Rusiya – Qeyd bunu edəcəklər”, – deyə siyasətçi jurnalistin məsələ ilə bağlı sualına cavab verib.

Qərb dövlətləri isə bütün danışıqlarda Ukraynamın mənafeyinin müdafiə edilməli olduğunu açıq deyirlər. Reuters etibarlı mənbəyə istinadla yazır ki, əgər bu müharibədə təcavüzkara üstünlük veriləcəksə, onu heç kim qəbul etməyəcək.

A.Məmmədli

Xəbəri paylaş

18 Aprel