Əsas məzmuna keç

Trampdan etiraf: “ABŞ İrana ən yaxın ərazilərə hərbi qüvvə toplayıb”

İranda ölənlərin sayının dəqiqləşdirildiyi və 6 minə yaxın olduğunun deyildiyi bir vaxtda, ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana yaxın ərazilərdə hərbi qüvvələr cəmləşdirdiyini bildirib və Tehranın dialoqa hazır olduğuna inandığını deyib. Tezadlar.az xəbər verir ki, Tramp “Axios” portalına açıqlamasında bunu etiraf edib. Tramp deyib ki,  ABŞ-ın İrana yaxın ərazilərdə yerləşdirdiyi qüvvələr Venesuela ətrafında olanlardan daha çoxdur. O, bildirib ki, İran hakimiyyəti razılaşma əldə etmək istəyir və dəfələrlə əlaqə saxlayaraq danışmağa hazır olduqlarını qeyd edib. Tramp konkret hansı razılaşmaların nəzərdə tutulduğunu açıqlamayıb.

İran rəsmiləri isə hələki Trampın bu açıqlamasına şərh verməyib.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…