22 Dekabr 2025 / 11:47

Tunisdə saxlanılan rus və belarus pilotlarının taleyi məlum oldu

Rusiyalı və belarusluların da daxil olduğu Mi-26 helikopterinin heyəti tezliklə Tunisi tərk edəcək.

Tezadlar.az xəbər verir ki, “RİA Novosti” bu barədə Rusiya səfirliyinə istinadən məlumat yayıb.

“Tunisdəki Rusiya səfirliyi təyyarəyə sahib olan Qırğızıstan şirkətindən yeddi Rusiya və iki Belarus vətəndaşından ibarət Mi-26T helikopterinin heyəti ilə bağlı vəziyyətin həllində kömək istənən rəsmi məktub alıb”, – diplomatik nümayəndəlik qeyd edib.

Onlar izah ediblər ki, problem helikopterin sonrakı uçuş üçün icazəsinin olmamasıdır. Nəticədə, Tunis hakimiyyəti ilə razılaşma əldə edilib.

Əvvəllər bildirilirdi ki, rus və belarus pilotları artıq üçüncü gündür Tunis hava limanında saxlanılır. Vertolyot heyətinin təmirdən sonra Liviyadan Əlcəzairə yük təyyarəsi apardığı bildirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!