Əsas məzmuna keç

TÜRKİYƏDƏ İTKİN DÜŞƏN 4 VƏTƏNDAŞIMIZIN YERİ BİLİNİB – SAĞ-SALAMATDIRLAR

Türkiyədə zəlzələ zamanı itkin düşən 4 Azərbaycan vətəndaşının yeri müəyyən edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 “Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının – Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlunun Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib. Səfirlik əməkdaşları tərəfindən sözügedən Azərbaycan vətəndaşları ilə görüş keçirilib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər”, – deyə XİN-dən bildirilib.
TEZADLAR.AZ
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…