Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidentinin elçisi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Jerad Kuşner İranla danışıqların yeni mərhələsində iştirak etmək üçün Cenevrəyə gedəcəklər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
İranla danışıqların növbəti mərhələsi 26 fevralda keçiriləcək. Tərəflər son bir neçə həftədir ki, nüvə sazişi ilə bağlı razılığa gəlməyə çalışırlar.
Agentliyin məlumatına görə, əvvəllər müzakirə edilən ABŞ-ın zərbələri ehtimalı danışıqlar prosesinə təsir göstərə bilər.
Hazırda Cenevrədəki dolayı təmaslar zamanı İran və ABŞ İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün təkliflər mübadiləsi aparıblar. İran prezidenti Məsud Pezeşkian bildirib ki, “həvəsləndirici siqnallar” var.
Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolin Levitt ABŞ-İran danışıqlarında müəyyən irəliləyişlər olduğunu, lakin iki tərəfin hələ də bir-birindən uzaq olduğunu bildirib.
E.ŞİRİNOV