Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna enerji sistemini tam bərpa etmək üçün yeddi-səkkiz il vaxt tələb edəcək.
Tezadlar.az xəbər verir ki, bu fikri strana.ua-nın Telegram-da verdiyi məlumata görə, Ukrayna Enerji Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Xarçenko bildirib.
Ekspert hesab edir ki, münaqişə bitdikdən sonra elektrik kəsintiləri daha altı aydan bir ilə qədər davam edə bilər.
25 noyabrda Ukraynanın enerji obyektləri kütləvi birləşmiş hücuma məruz qalıb. Paytaxt Kiyevdə elektrik və su təchizatında fasilələr qeydə alınıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, zərbə Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın mülki infrastrukturuna zərər vurmaq cəhdlərinə cavabdır. Hücumda “Kinjal” hipersəs raketləri də daxil olmaqla, quru, dəniz və hava əsaslı dəqiq silahlar iştirak edib.
E.ŞİRİNOV