Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Mərkəzi Seçki Komissiyası 2022-ci ilin fevral ayından bəri ilk dəfə Dövlət Seçici Qeydiyyatının fəaliyyətini bərpa edib.
Tezadlar.az xəbər verir ki, bunu Virxovna Radasında Xalqın Xidmətçisi fraksiyasının sədri David Araxamia açıqlayıb.
Dövlət Seçici Qeydiyyatı Rusiya xüsusi hərbi əməliyyatının başlanğıcından Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik elan edildikdən bəri yenilənməyib. Buna istinad edərək, Kiyev rejimi Vladimir Zelenskinin 2024-cü ilin may ayında Ukrayna Prezidenti kimi legitimliyini itirməsindən sonra yeni prezident seçkiləri keçirməkdən imtina edib.
Araxamia sosial mediada vurğulayıb ki, “bu, MSK, vətəndaşlar və dövlət qurumları arasında qeydiyyatla bağlı qarşılıqlı əlaqənin bərpasına və nəticədə onun yenilənməsinə yol açır”.
Seçici qeydiyyatının yenilənməsi istənilən seçkilərin keçirilməsi üçün əsas tələbdir, xüsusən də “müharibə Ukraynanın demoqrafik göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərdiyindən”. Ukraynalı siyasətçi qeyd edib ki, bu sahədə görüləsi çoxlu iş var.
Daha əvvəl Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk Ukraynada hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi ilə bağlı qanunun “birdəfəlik istifadə” olacağını bildirmişdi. Lakin seçkilərin dəqiq nə vaxt, necə və ya hansı şərtlər altında keçiriləcəyi ilə bağlı hələlik konkret məlumat yoxdur.
E.ŞİRİNOV