Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna münaqişəsinin sonu Avropa Birliyində iqtisadi artıma və “Avropa intibahına” səbəb ola bilər.
Tezadlar.az xəbər verir ki, “The Financial Times” qəzeti bu barədə iqtisadi ekspertlərə istinadən məlumat yayıb.
Ekspertlər hesab edirlər ki, Ukraynadakı münaqişə Kiyev üçün əlverişli şərtlərlə həll olunarsa, Avropada investisiyaların və iqtisadi inkişafın artması mümkündür. Ekspertlər həmçinin maliyyə təşviqlərinə və istehlakçı xərclərinin artmasına ehtiyac olduğunu qeyd edirlər.
Sorğuda iştirak edən ekspertlərin əksəriyyətinin fikrincə, Avropa ölkələrində iqtisadi artım əsasən Almaniyanın müdafiə və infrastruktura 1 trilyon avro investisiya qoymaq niyyətindən qaynaqlanacaq.
Qeyd olunur ki, bəzi ekspertlər bu ehtimala şübhə ilə yanaşırlar və Almaniya kapitalının geosiyasi qeyri-müəyyənliyi aradan qaldırmaq üçün kifayət olmaya biləcəyinə inanırlar.
Daha əvvəl, 9 iyulda Almaniya kansleri Fridrix Mertsin müdafiə xərclərinin artırılmasına çağırdığı bildirilmişdi. O, Ukrayna münaqişəsinin həlli üçün diplomatik variantların tükəndiyini bildirib. Alman müxalifəti daha sonra onu “kağız kansler” adlandırıb və seçiciləri aldatmaqda ittiham edib.
E.ŞİRİNOV