Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polşa-Ukrayna sərhədindəki Dolqobıçevdəki nəzarət məntəqəsində evakuasiya elan edilib.
Tezadlar.az bildirir ki, bu barədə TVP Info Polşa Dövlət Yanğından Mühafizə Xidmətinə istinadən məlumat verib.
Məlumata görə, Ukraynanı tərk etməyə çalışan Estoniya vətəndaşının üzərində qoruyucusu olmayan qumbara tapılıb. Hadisə 17 fevral səhəri yerli vaxtla təxminən saat 5:00 radələrində (Bakı vaxtı ilə saat 08:00) baş verib.
“Yoldan keçən on dörd nəfər, üç gömrük işçisi və iki sərhədçi təxliyə edilib. Xidmətlər hadisə yerində işləyir”, – məlumatda deyilir.
Nəzarət məntəqəsi hazırda bağlıdır.