Əsas məzmuna keç

UKRAYNA PUA-LARI RUSİYANIN MAZUT ZAVODUNA HÜCUM ETDİ

Rusiyanın Ukraynaya raket hücumlarına cavab olaraq Ukrayna dronları da Sankt-Peterburq şəhərindəki “Nevski Mazut” zavoduna hücumu edib…

Tezadlar.az “Ria Novosti”yə  istinadən xəbər verir ki, partlayış səhər saat 4 radələrində baş verib. PUA Qluxoozerskoye şosesindəki “Nevski Mazut” zavodunun ərazisinə düşüb və yanğın baş verib. PUA-nın qalıqları zavodun ərazisində olan avtomobillərə ziyan vurub. PUA S-400 zenit-raket kompleksi ilə vurulub. Peterburqda ilk dəfə PUA-ya qarşı “Triumf” zenit raket kompleksindən (ZRK) istifadə olunub.

Ukrayna Müdafiə Nazirliyi isə PUA hücumlarının davam edəcəyini açıqlayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…