Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətində pilotsuz uçan aparatının endirdiyi zərbə nəticəsində bir mülki şəxs həlak olub.
Tezadlar.az xəbər verir ki, bu barədə oktyabrın 21-də vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Ukraynaya məxsus FPV pilotsuz təyyarəsi Qrayvoron rayonunun Novostroevka-Pervaya kəndində minik avtomobilinə hücum edib və nəticədə onun alovlanmasına səbəb olub.
“O, aldığı xəsarətlərdən xəstəxanaya çatmamış ölüb”, – Qladkov Telegram kanalında yazıb.
Yanğın zamanı avtomobil tamamilə yanıb.
E.ŞİRİNOV







