Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya bölgələrinə zərbə endirmək cəhdlərini davam etdirir. Taqanroq hədəfə alınıb – Tezadlar.az xəbər verir ki, “Shot” Telegram kanalının məlumatına görə, şəhərin üzərindəki səmada bir neçə güclü partlayışlar eşidilib.
Bəyanatda deyilir: “Güclü partlayışlar gecə saat 1:00-dan dərhal sonra eşidilməyə başlayıb – indiyə qədər 20-dən çox partlayış eşidilib”. Şəhərin hər yerində sirenalar eşidilib və yüksək səslər avtomobil siqnalizasiyalarını işə salıb.
Bundan əlavə, Taqanroqun bir rayonunda yerli sakinlər atəş və tüstü barədə məlumat veriblər. Hələlik rəsmi məlumat verilməyib və itki barədə məlumat verilməyib.
E.ŞİRİNOV







