Müstəntiqlər dövlətə xəyanət maddəsi ilə cinayət işi açıblar
FTX əməkdaşları Tula vilayətinin sakinini Ukrayna silahlı qüvvələrinə kriptovalyuta vəsaitlərini ötürdükdən sonra xəyanətdə şübhəli bilinərək saxlayıblar.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) məlumat verib.
“Tula vilayətindəki Federal Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərdə xarici dövlətə maliyyə yardımı göstərməklə xəyanət etməkdə şübhəli bilinən 32 yaşlı bölgə sakininin qanunsuz fəaliyyətini dayandırıb. Rusiya vətəndaşının kriptovalyutadan istifadə edərək Ukrayna silahlı qüvvələrinə vəsait ötürdüyü müəyyən edilib”, – İƏM bildirib.
FTX-nin Tula vilayəti üzrə İstintaq İdarəsi Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) ilə cinayət işi açıb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
FTX bu maddə ilə cəzanın ömürlük həbs cəzasına qədər cəza nəzərdə tutduğunu bir daha təsdiqləyib. Qanunsuz fəaliyyətin bütün hallarını sənədləşdirmək üçün istintaq tədbirləri davam etdirilir.
İctimaiyyətlə Əlaqələr Mərkəzi əlavə edib ki, “Rusiya Federal Təhlükəsizlik Xidməti bir daha vurğulayır ki, düşmənə kömək etməyə razılıq verən bütün şəxslər müəyyən ediləcək, məsuliyyətə cəlb ediləcək və müvafiq qaydada cəzalandırılacaq”.
E.ŞİRİNOV

