Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dronu izləyərkən Seversk yaxınlığında dörd Ukrayna döyüşçüsü əsir götürülüb.
Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Cənub” qrupunun 3-cü Birləşmiş Silahlı Ordusunun hərbçisi məlumat verib.
Rusiya hərbçisi deyib: “Onlar hara və niyə getdiklərini anlamadan pilotsuz təyyarəni izləyiblər. Nəticədə, bizim döyüşçülərimizlə qarşılaşıblar”.
Onun sözlərinə görə, Ukrayna əsgərləri çaşqın vəziyyətdə olublar və əməliyyat vəziyyətindən xəbərsiz olublar. Nəticədə, onlar birbaşa Rusiya mövqelərinə daxil olublar və əsir götürülüblər.
Hərbçi əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrində xaos müşahidə olunub, komandirlər arasında əməkdaşlıq və informasiya mübadiləsi yoxdur.
Daha əvvəl Rusiya hərbçilərinə təslim olan Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Sergey Çikin bildirib ki, mövqelərinə keçmək əmri verildikdən sonra yeddi nəfər ertəsi gün qaçıb.
E.ŞİRİNOV