Əsas məzmuna keç

Ukraynanın bir neçə bölgəsində elektrik enerjisi kəsiləcək

3 noyabrda Ukraynanın bir neçə bölgəsində elektrik enerjisinin istehlakı məhdudlaşdırılacaq.

Tezadlar.az bildirir ki, bu barədə milli enerji şirkəti “Ukrenergo” məlumat verib.

Telegram kanalında dərc olunan məlumata görə, elektrik enerjisinin kəsilməsi yerli vaxtla saat 8:00-dan 11:00-dək və 16:00-dan 22:00-dək planlaşdırılır.

Daha əvvəl Ukrayna Energetika Nazirliyi Çerniqov və Xarkov vilayətlərində qismən elektrik enerjisinin kəsilməsi barədə məlumat vermişdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…