Ukraynanın Çeboksariyə dron hücumu nəticəsində yaralananların sayı 14-ə çatıb

Bütün yaralılar lazımi tibbi yardım alırlar

Çeboksaridə Ukraynanın dron hücumu nəticəsində yaralananların sayı 14-ə çatıb.

Tezadlar.az bildirir ki, bu barədə Çuvaş Respublikası Baş nazirinin müavini Vladimir Stepanov Telegram-dakı paylaşımında məlumat verib.

“Bu gün Çeboksaridə baş verən dron hücumu nəticəsində yaralananların sayı 14-ə çatıb, o cümlədən biri uşaq”, – deyə paylaşımda bildirilib.

Stepanov bütün yaralıların lazımi tibbi yardım aldığını vurğulayıb.

Əvvəllər Ukrayna Silahlı Qüvvələrinin dron hücumu nəticəsində yaralananların sayının doqquza çatdığı bildirilirdi.

9 dekabrda Ukrayna dronları Çeboksariyə hücum edib. Bir məktəbdə müvəqqəti sığınacaq yaradılıb.

E.ŞİRİNOV

Xəbəri paylaş