Avropa Parlamentinin üzvü De Masi Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenə qarşı məhkəmə iddiası qaldırıb.
Tezadlar.az bildirir ki, bu barədə DPA xəbər agentliyi bəyanatın mətninə istinadən məlumat verib.
Avropa Parlamentinin üzvü bildirib ki, vəzifəli şəxs De Masiyə müdafiə şirkətləri ilə əlaqələri barədə məlumat verməməklə Avropa Parlamentinin sorğularına cavab vermək öhdəliyini pozub.
Bir müddət əvvəl Finlandiya milli-mühafizəkar Azadlıq Alyansının üzvü Armando Mema Ursula fon der Leyenin Avropa Birliyini Dördüncü Reyxə çevirmək istədiyini bildirmişdi.
Bundan əvvəl Avropa Parlamentinin Venesueladakı vəziyyətlə bağlı şərh verməkdən çəkindiyi bildirilirdi.
E.ŞİRİNOV

