Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəhbəri Kaya Kallasın kadr qərarı Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə arasında ciddi fikir ayrılığına səbəb olub.
Tezadlar.az xəbər verir ki, Almaniyanın “Die Welt” nəşri diplomatik mənbələrə istinadən məlumat verib.
Qəzet yazır ki, bu qarşıdurmada üstünlük fon der Leyenin tərəfində olub və o, Avropa İttifaqı aparatındakı təsirini daha da gücləndirib.
Alman nəşri yazır ki, Avropa İttifaqına üzv heç bir ölkə bu məsələdə Kallası dəstəkləməyib. Nəticədə fon der Leyenin rəhbərliyi altında “din və əqidə azadlığı üzrə komissar” vəzifəsi yaradılıb və Zelmayr həmin posta namizəd göstərilib ki, bu da onu Avropa diplomatiyasının rəhbərliyindən uzaqlaşdırmaq məqsədi daşıyır.
Qeyd edək ki, Kallasın bu məğlubiyyəti EEAS-in maliyyə çətinliklərini bir daha gündəmə gətirib, eyni zamanda Ursula fon der Leyenin mövqelərini Avropa İttifaqında daha da möhkəmləndirib.







