14 Fevral 2026 / 14:32

Vanq Yi ABŞ-ı Tayvanla bağlı münaqişə riski barədə xəbərdar etdi

Onun sözlərinə görə, Tayvanı Çindən təcrid etmək cəhdi “qırmızı xətt”dir

Tayvanı Çinin materik hissəsindən ayırmağa yönəlmiş hər hansı bir addım Pekin və Vaşinqton arasındakı münasibətlərdə ciddi nəticələrə səbəb ola bilər.

Tezadlar.az xəbər verir ki, Çinın xarici işlər naziri Vanq Yi bunu 14 fevralda Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Diplomat bildirib ki, “Tayvanı Çindən ayırmaq cəhdləri “qırmızı xətt”dir.

Vanq Yi vurğulayıb ki, bu xətti keçmək olmaz. O bildirib ki, ABŞ adanı təcrid etmək üçün addımlar atmağa davam edərsə, bu, çox güman ki, dünyanın iki ən böyük gücü arasında birbaşa münaqişəyə səbəb olacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!