16 Avqust 2026 / 13:29

Vanuatu sahillərində 6.1 bal gücündə zəlzələ

Sakit okeandakı ada dövlətlərindən biri olan Vanuatu sahillərində 6.1 bal gücündə zəlzələ baş verib.

Tezadlar.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin kiçik bir sahil kəndi olan Port Olrydən təxminən 56 kilometr şimal-şərqdə və 188 kilometr dərinlikdə olduğunu bildirib.

İlkin məlumatlara görə, heç bir dağıntı və ya tələfat yoxdur və Vanuatu Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi zəlzələdən sonra hələlik sunami xəbərdarlığı etməyib.

Cənub-Şərqi Asiyadan Sakit okean hövzəsinə qədər uzanan və intensiv seysmik aktivlik bölgəsi olan “Sakit Okean Atəş Həlqəsi” qırılma xəttində yerləşən arxipelaq Vanuatuda tez-tez zəlzələlər baş verir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!